Accessibility links

Qəzza zolağında 40 Fələstinlinin evi dağıdılıb - 2004-12-19


Fələstin ərazilərində yerləşən BMT yardım agentliyi bildirir ki, İsrail hərbi əməliyyatları nəticəsində 40 Fələstinlinin evi dağıdılıb. Qəzza zolağının cənubunda yerləşən qaçqın düşərgəsində baş verən hadisə zamanı 11 Fələstinli öldürülüb. İsrail Xan Yunis düşərgəsində keçirdiyi 36 saatlıq əməliyyata Cümə günü başlamışdı. Bu əməliyyat düşərgədəki militantların Yəhudi yaşayış məntəqələrini minamyot atəşinə tutması nəticəsində baş vermişdir. Bu hücumlar nəticəsində 1 İsrailli ölmüş, 15 nəfər isə yaralanmışdı. BMT agentliyi bu günün axırında dağıdılmış evlər haqda tam hesabat açıqlayacağını bildirib. Bu agentlik dəfələrlə İsrailin minamyot atılmaqda istifadə edilmiş evləri dağıtmasını pisləmişdir.

XS
SM
MD
LG