Accessibility links

Pakistan müxalifəti Pervez Müşərrəfdən ordu rəhbərliyindən istefa verməyi tələb edir - 2004-12-19


Pakistanda müxalifətçi İslam alyansı prezident pervez Müşərrəf ordu rəhbərliyindən istefa verməzsə Yeni İl gününü qara gün kimi qeyd etməyə söz verib. Müttəhide Məclisi Amal kimi tanınan siyasi blok Ravalpindi şəhərində 4 min nəfər tərəfdarına bildirib ki, siyasi qrup hətta paytaxt İslamabadda etiraz aksiyası keçirə bilər. General Müşərrəf qətiyyətlə Dekabrın 31-ə qədər istefa verməyəcəyini bəyan etdikdən sonra Qazi Hüseyn Əhməd leysan yağışı altında iri bir nümayişm rəhbərlik edib. Müxalifət xəbərdarlıq edib ki, əgər general öz verdiyi sözə əməl etməsə onda Yanvarın 1-i etiraz günü kimi qeyd olunacaq.

XS
SM
MD
LG