Accessibility links

Prezident Buş Yaxın Şərq probleminin həllinə ümid bəsləyir - 2004-12-19


Prezident Buş gələn il İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı razılıq əldə ediləcəyinə ümid bəslədiyini bildirib. O, problemin diplomatik yolla həllində şəxsi səylərini davam etdərəcəyinə vəd verib. Bu gün İsrailin “Yediot Ahronot” qəzetində dərc edilən müsahibəsində Amerika prezidenti deyib ki, Yaxın Şərq münaqişəsinin həllində bütün tərəflər bir şeyi başa düşməlidir-sülh sözlə deyil, əməllə əldə edilə bilər. Prezident Buş bir daha baş nazir Ariyel Şaronun bütün yahudi yaşayış məntəqələrinin boşaldılmasına dair planını dəstəklədiyini bildirib. Planda İsrail qüvvələrinin İordan çayının qərb sahili və Qəzza zolağından qismən çıxarılması da nəzərdə tutulur. Prezident Buş fələstinliləri İsrailə qarşı hücumlara son qoymağa çağırıb.

XS
SM
MD
LG