Accessibility links

"Yeşa" təxliyyə planının əleyhinədir - 2004-12-20


İsrailin Yeşa yahudi yaşayış məntəqələri şurasının başçısı Pinças Vallerşteyn hökumətin Qəzza zolağındakı yahudi yaşayış məntəqələrinin boşaldılması planına qarşı çıxış etməyə çağırır. İordan çayının qərb sahilində dolaşan məktubda cənab Vallerşteyn yazır ki, yahudi sakinlər həbsə düşsələr belə planı qəbul etməməlidirlər. Bu gün şuranın keçirdiyi yığıncaqda etiraz nümayişlərinin təşkili ilə bağlı qərar qəbul edilməlidir. Təşkil edilməkdə olan birgə hökumətin baş nazir Şaronun yahudilərin təxliyyəsi ilə bağlı planına qanuni dəstək verəcəyi gözlənilir. Baş nazir bildirib ki, 1 milyon fələstinlinin əhatəsində yaşayan 8 min yahudinin hökumət tərəfindən qorunması artıq İsrail üçün qeyri-praktiki bir məsələdir.

XS
SM
MD
LG