Accessibility links

İraqda girovdarlar iki Fransız jurnalistini azad edib - 2004-12-21


Ərəb televiziyasının bildirdiyinə görə İraqlı üsyançılar ötən Avqust girov götürdükləri 2 Fransız jurnalistini azad etmişlər. Əl-Cəzirə telekanalının verdiyi məlumata görə jurnalistlər Fransanın Bağdaddakı səfirliyinə təhvil veriliblər. Bu haqda xəbər artıq təsdiqlənib, amma Fransız rəsmiləri bu fakt üzrə şərh verməyiblər. Xatırladaq ki, Avqustun 19-da 2 jurnalist özünü İraq İslam Ordusu adlandıran qrup tərəfindən oğurlanmışdı. Fransa hökumətinin ictimai məktəblərdə çadraya qoyduğu qadağanın götürülməsini tələb edən üsyançılar girovları öldürəcəkləri ilə hədələmişdilər.

XS
SM
MD
LG