Accessibility links

Dünən Ukraynada prezidentliyə namizədlərin teledebatı keçirilib - 2004-12-21


Dünən Ukraynada prezidentliyə 2 namizəd televziya debatında üz-üzə gəldi. Təkrar seçkilərə bir həftə qalmış debat edən nazmisədlər bir-birini korrupsiyada və manipulyasiyada günahlandırdılar.

Ukrayna müxalifət lideri Viktor Yuşçenko ilə baş nazir Viktor Yanukovç arasında baş verən canlı debat ittihamlarla dolu idi. Cənab Yanukoviç ölkənin sənayeləşmiş şərq hissəsində danışılan Rus dilindən istifadə edirkən, cənab Yuşçenko doğma Ukrain dilində danışmağa üstünlük verdi.

Kütləvi saxtalaşdırmalara görə Ukraynada prezident seçkilərinin nəticələri ali məhkəmənin qərarından sonra ləğv edilmişdi. Sifətində Sentyabr ayında törədilmiş sui-qəsdin əlamətləri aydın görükən Viktor Yuşçenko öz rəqibini korrupsioner idarəçilikdə ittiham emiş və obu hökumətin əhalinin rifahına xidmət etmədiyini bildirmişdir.

Cənab Yanukoviç dedi ki, onun rəqibi heç zaman bütün Ukraynanın prezidenti ola bilməz, yalnız millətçi qərbi Ukraynanın prezidenti ola bilər -- o Ukrayna ki, AAvropa və Birləşmiş Ştatlarla yaxın münasibətlər saxlamağa can atır.

Hər iki namizəd debatın sonunda bir-birinin əlini sıxdılar. Amma 26 Dekabr seçkilərinin ərəfəsində Ukrayna siyasi atmosfer çox gərgindir.

XS
SM
MD
LG