Accessibility links

T.Bleyer gözlənilmədən İraqa səfər edib - 2004-12-21


Britaniyanın baş naziri Toni Bleyer gözlənilmədən İraqa səfər etmişdir. O, İraqın müvəqqəti baş naziri Əyadd Ələvi və seçki rəsmiləri ilə görüşmüşdür. Britaniyanın baş nazirinin İraq səfəri ciddi təhlükəsizlik tədbirləri ilə müşaiyət edilmişdi. O, ölkəyə İordaniyadan uçmuşdu. Gələn ay keçirilməsi planlaşdırılmış seçkilər ərəfəsi zorakılıqların artacağı qorxularına baxmayaraq, Britaniya rəhbəri cənab Ələvi ilə birlikdə təşkil etdiyi mətbuat konfransında seçkilərin vaxtında keçirilməsinə tam dəstək vermişdi. Bu həftə bir neçə Yaxın Şərq ölkəsinə səfər edəcək cənab Bleyer demişdir ki, Səddam Hüseynin hakimiyyətdən salınması barədə başqa ölkələrin mövqeyi o gədər vacib deyil. Onun sözlərinə görə, “demokratiya və terror arasında mübarizəyə” dəstək veriləcək yeganə tərəf İraq xalqıdır. İraqlılar ölkənin yeni konstitusiyasını hazırlayaçaq müvəqqəti Milli Məclisi yanvar ayının 30-da seçəcəklər. Bəzi siyasi partiyaların seçkilərin təxirə salınması çağırışlarına baxmayaraq, baş nazir Əlləvi demişdir ki, onun höküməti seçkiləri planlaşdırıldığı vaxtda keçirmək əzmindədir.

XS
SM
MD
LG