Accessibility links

İranın müdafiə nazirinin Azərbaycana səfəri başlayıb  - 2004-12-22


İranın müdafiə naziri Əli Şəmxani Azərbaycan prezidenti, müdafiə və xarici işlər nazirləri ilə danışıqlar aparcaq. Rəsmi məlumatlara görə, iki ölkə arasında hərbi sahədə hər hansı sənəd imzalanmayacaq. Ancaq bununla yanaşı hərbi, təhlükəsizlik və digər sahələrə dair məsəllər müzakirə olunacaq. İran müdafiə nazirinin Azərbaycana ilk səfəridir və ölkənin müstəqilliyindən ötən 13 ildə İranla hərbi sahədə hər hansı danışıqlar aparılmayıb. Eyni zamanda, İranın hərbi təyyarələri son illər bir neçə dəfə Azərbaycanın dəniz sərhədlərini pozub. İran tərəfi Azərbaycanın Xəzərin cənub hissəsində yerləşən neft yataqlarında texniki-mühəndis işləri aparmasını da narazılıqla qarşılayıb.

XS
SM
MD
LG