Accessibility links

Putin qərbi tənqid edir - 2004-12-23


Vladimir Putin Rusiya və Amerika Birləşmiş Ştatlarının tərəfdaş olaraq qaldığını deyib, lakin qərb dövlətlərini İraq da daxil olmaqla, bir sıra məsələlərə görə tənqid edib. Kremldə keçirilmiş konfransda çıxış edən Vladimir Putin İraqın işğal olunduğu halda, orada seçkilərin demokratik keçib-keçməyəcəyinə şübhə etdiyini deyib. Cənab Putin qərbin seçki və insan hüquqları sahəsində ikili stndartlara malik olduğunu bildirib. Vladimir Putin ABŞ-ın onun siyasi islahatlarının tənqidinə reksiya verib. Cənab Putinin sözlərinə görə, Birləşmiş Ştatlarda baş verənlər onu o qədər sevindirməsə də, o, bununla belə, prezident Buşun ləyaqətli bir insan olduğuna inanır.

XS
SM
MD
LG