Accessibility links

Ukraynada prezidentliyə namizədlərin seçki kampaniyası başa çatmaq üzrədir - 2004-12-24


Bazar günü təkrar seçkilərin keçiriləcəyi Ukraynada prezidentliyə namizədlərin seçki kampaniyalarının son günüdür. Rusiya tərəfdarı baş nazir Viktor Yanukoviçin tərəfdarları bu gün Kiyevdə yürüş keçiriblər. Bu arada, müxalifətdən prezidentliyə namizəd Viktor Yuşşenko hökuməti seçkilərin dinc keçməsini təmin etməyə çağırıb. Son rəy sorğuları Viktor Yuşşenkonun bu ağır mübarizədə irəlidə olduğunu göstərir. Rusiya prezidenti Vladimir Putin Moskvanın Ukraynada gedən proseslərin arxasında durmadığını deyərək, digər ölkələri bu proseslərə müdaxilədə günahlandırıb.

XS
SM
MD
LG