Accessibility links

Iraq parlamentinə seçkilərdə 6 min nəfər namizədliyini irəli sürüb - 2004-12-24


Birləşmiş Millətlər Təşkilatının verdiyi məlumata görə Yanvarın 30-a təyin edilmiş milli assambleya seçkilərində 6 min nəfər öz namizədliyini irəli sürüb. BMT işçiləri hazırda bu seçkiləri təşkil etməklə məşğul olurlar. Davam edən zorakılıqlara baxmayaraq həm Amerika həm də İraq rəsmiləri seçkilərin baş tutacağını bəyan ediblər. Ötən Bazar, günün günorta çağında terrorçular 3 seçki işçisini qətlə yetirmişdilər. Seçki kampaniyası artıq start götürüb. Ancaq terror əməllərindən qorxan insanların əksəriyyəti seçki kampnaiynasını kütləvi informasiya vasitələri ilə izləyir. Namizədlər 275 yer uğrunda mübarizə aparırlar. Milli Assambleya yeni İraq konstitusiyasının hazırlanması və hökumətin yaradılması üçün məsuliyyət daşıyacaq.

XS
SM
MD
LG