Accessibility links

İraqın Kərbəla və Nəcəf şəhərlərinə hücumlar artmaqdadır - 2004-12-25


İraqın Nəcəf şəhərinin polisi bildirir ki, bu gün maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində üç nəfər həlak olmuşdur. Son həftə ərzində orada 52 nəfərin qətlə yettirildiyi bildirilir. Polis hadisənin detallarını açıqlamasa da demişdir ki, hücumun hədəfi şiələrin sıx yaşadığı Nəcəf və Kərbəla şəhərləri, Birləşmiş Ştatların hərbi maşın karvanı olub. Eyni zamanda Nəcəf şəhərinin qubernatoru bildirib ki, polis keçən bazar Bağdadda həyata keçirilən hücumda əli olduqlarından şübhələnilən bir qrup şəxsi həbs etmişdir. Bağdadda xristianların yaşadığı bölgədə isə Milad bayramı əhval ruhiyyəsi hiss olunmur. Belə ki, Milad bayramı ərəfəsində kamikadzi hücumu nəticəsində 9 nəfər həlak olmuşdur. İndi həmin şəhərin kilsələri demək olar ki, boşdur.

XS
SM
MD
LG