Accessibility links

Sabah Ukraynada prezident seçkiləri keçiriləcək - 2004-12-25


Ukrayna Mərkəzi Seçki Komisiyasının sədri Yaroslav Davidoviç Ukraynada təkrar prezident seçkilərinin planlaşdırıldığı kimi vaxtında keçiriləcəyini bildirib. Konstitusiya Məhkəməsi isə yeni seçki qanunlarını qeyri-konstitusion adlandırır. Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Davidoviç bildirib ki, bu gün Konstitusuya Məhkəməsinin qərarı sabah keçiriləcək təkrar seçkilərə maneə yarada bilməyəcək. Cənab Davidoviç seçki kommissiyasının məhkəmənin qərarına tam riayət edəcəyi və seçkilərin vaxtında keçiriləcəyini deyib. Ukraynanın Konstitusiya Məhkəməsi cümə axşamından bəri baş nazir Viktor Yanukoviçin tərəfdarlarının şikayəti əsasında prosesə başlayıb. Onlar seçki qanunlarındakı yeni düzəlişlərlə milyonlarla seçicinin səsini etibarsız sayılacağını iddia edirlər. Mübahisəli seçkilərə bir gün qalmış məhkəmə əlillərin evdə səsvermələrə məhdudiyyət də daxil edilməklə, seçki qanunundakı bir neçə dəyişikliyi ləğv edib. Bu qərar isə o deməkdir ki, səhhəti ilə bağlı seçki məntəqələrinə gələ bilməyənlərin səsvermə hüququ bərpa edilir. Bu isə bir şərtlə, regional seçki rəsmilərini əvvəlcədən xəbərdar etməklə mümkün olacaq. Seçki kommisiyasının sədri Davidoviç deyib ki, sabah keçiriləcək seçkilərə 12 min beynəlxalq və xarici müşahidəçi nəzarət edəcək və seçkilər azad və şəffaf keçiriləcək. Cümə günü getməkdə olan prezident Lionid Kuçma milli televiziya ilə çıxışında prezidentliyə namzidələri ölkədə parçalanmaya yol verməmək üçün əməkdaşlığa çağırmişdır. Cənab Kuçma deyib ki, kimin qalib gəlməsindən asılı olmayaraq, tərəflər biri-birinə əl uzatmalı və seçkilərdən sonra bu qədər iztirab çəkən xaqın irəliləməsinə yardım etməldir. Avropa Birliyi və Birləşmiş Ştatalr keçiriləcək seçkiləri və Ukraynanın qərb və ya Rusiya yönumlü gələcək siyasi kursunu böyük maraqla izləyir

XS
SM
MD
LG