Accessibility links

İ.Uilson "ABŞ ordusu İraqda qiyamla müharibə aparır" - 2004-12-25


Vaşinqton Post qəzetinin yazdığına görə, ABŞ-ın İraqdakı qüvvələrinin səyləri yararsızdır və onlar müharibədə məğlubiyyətə uğramağa davam edirlər. Qəzetin bu məlumatı Amerikanın ordu mayoru İsaak Uilsonun yazısına istinad edir. Mayor Uilsona istinad edən qəzet yazır ki, Səddam Hüseynin hakimiyyətdən salınmasından sonra Amerika ordusu sabitliyə dair heç bir rəsmi plana malik deyildi. Həmin vaxtdan bir neçə ay sonra Amerika qüvvələri dominantlığını itirməyə başlamış və ordu hələ də başa düşmür ki, qiyamla müharibə aparır. Təqaüddə olan general Tommi Franks isə bu yaxınlarda öz xatirələrində Amerikanın müharibədən sonrakı dövr üçün plana malik olduğunu yazmışdı.

XS
SM
MD
LG