Accessibility links

Türkiyə biznesmeni İraqda girov götürülüb - 2004-12-25


Naməlum silahlı şəxslər Türkiyənin yükdaşıma maqnatı Qəhrəman Sadiqoğlunu İraqda girov götürərək, onu azad etmək üçün 25 milyon dollar tələb edirlər. Türkiytənin televiziya kanalı Sadiqoğlunun video kassetdəki çıxışını göstərib. O deyib ki, onu, qayığın kapitanını, sürüçüsünü və onun cangüdənini İraqın liman şəhəri Umm Qəsrdə 4-5 gün əvvəl girov götürüblər. O bildirib ki, onun heç bir günahı yoxdur. O, İraqda aclığa məruz qalanlar üçün ərzaq malları gətirib. Cənab Sadiqoğlu Türkiyədə tanınmıış biznesmendir. Onun ailəsi Türkiyənin Xarici İşlər Nazirliyinə cənab Sadiq oğlunun azad edilməsinmə yardım göstərməyə müraciət edib. Türkiyənin rəsmiləri İraqdakı Birləşmiş Ştatlar rəsmilərindən cənab Sadiq oğlunun azad edilməsinə yardım etməyi xahiş ediblər. Cənab Qəhrəman Sadiqoğlu Mərkəzi Dubayda yerləşən Beynəlxalq dəniz gəmiçilik kontraktorlarının başçısıdır. O, Umm Qəsr limanında batan 19 gəminin çıxarılması işində iştirak etdiyinə görə 25 milyon dollar almışdı. O, həmçinin İraqın cənub sahillərində batan gəmilərin çıxarılması üçün BMT-nin 90 milyon dollar məbləğindəki kontraktında iştirak etməyə çalışır

XS
SM
MD
LG