Accessibility links

Bağdadda daha bir partlayış olub - 2004-12-27


Bağdadda İraq İslam İnqilabı Ali Şurasının idarəsi yaxınlığında intiharçının idarə etdiyi bomba yerləşdirilmiş maşının partlayışı nəticəsində azı 13 nəfər həlak olub. Partlayışdan bir neçə dəqiqə sonra İraq və Birləşmiş Ştatların hərbi qüvvələri təcili yardım maşınları və tibb işçilərinin Bağdadın Cədiriyə məhəlləsinə gəlmələrini təmin etmək üçün məntəqəni əhatə etmişlər. İslam İnqilabı Ali Şurası partiyasının nümayəndələri partlayış zamanı partiyanın başçısı Əbdül Əziz Əl-Həkim evdə olduğunu və ona zərər dəymədiyini bildirirlər. Amma bir neçə gözətçi və işçi həlak olub.

XS
SM
MD
LG