Accessibility links

Pakistan Dehlinin qaz kəməri layihəsinə qoşulmasına etiraz etmir - 2004-12-28


Pakistan rəsmiləri bildiriblər ki, onlar Hindistanın İranla birgə həyata keçirilən qaz kəməri layihəsinə qoşulmasına müsbət yanaşırlar. Lakin Dehlinin bu kəmərə münasibətindən asılı olmayaraq, layihə həyata keçiriləcək. Pakistan xarici işlər naziri Xurşid Kasuri bu sözləri bu gün İran xarici işlər naziri Kamal Xərrazi ilə keçirdiyi görüşdə dilə gətirib. İran qaz kəməri layihəsini 1996-cı ildə irəli sürmüşdü. Amma Hindistan hökumətinin bu fikrə münasibəti indiyə qədər ilıq olub. Belə ki, İslamabadla qeyri-hamar münasibətlə saxlayan Dehli öz enerji ehtiyatlarının Pakistan ərazisindən keçməsinə şübhə ilə yanaşır.

XS
SM
MD
LG