Accessibility links

Fələstinlilər seçkilərin ABŞ tərəfindən monitorinqini istəyirlər - 2004-12-28


Fələstinin kabinet naziri Saeb Erekat yanvar ayının 9-da keçiriləcək prezident seçkilərinin Amerikanın müşahidəçi qrupu tərəfindən monitorinqə səsləyir. Bu müraciət namizədlərdən birinin İsrailin səlahiyyətli nümayəndələri tərəfindən problemlə üzləşdiyi bir vaxt edilib. Cənab Erekat deyib ki, amerikalılar Fələstin seçicilərinin müstəqil dövlət tərkibində deyil, İsrailin işğalı altında səs verəcəklərinin şahidi olmalıdır. O, fələstinlilərin azad və ədalətli seçkilər keçirilməsini istədiklərini, lakin İsrailin işğalının buna maneə olduğunu bildirib. Nazir deyib ki, Amerika İsrailin seçkilərə şərait yaradacağına dair öhdəliyinə əməl etməsi üçün təzyiq göstəməlidir. Birləşmiş Ştatların dövlət katibi Kolin Pauel keçən ay Yaxın Şərqə səfəri zamanı İsrailin baş naziri Ariyel Şaronun lazımi yardım barədə zəmanətini əldə etmişdi. Bazar günü isə İsrail kabineti seçki məntəqələrində yerləşən bölgələrdən qüvvələrini çıxaracağı və namizədlərin kampaniyalarını aparmaları üçün azad səfər etmələrinə imkan veriləcəyinə dair qərar çıxarıb. Lakin namizədlərdən biri həkim və insan hüquqları fəalı Mustafa Bərğuti Şərqi Qüdsdə kampaniya apardığı vaxt polis tərəfindən saxlanmışdı. Polis onun İsrailə daxil olmasına dair icazənin şərtlərini pozduğunu bildirmişdi. Həmin icazəyə əsasən cənab Bərğuti Qüdsdə dayanmamaq şərti ilə yalnız keçmə ixtiyarına malik idi.

XS
SM
MD
LG