Accessibility links

Cənubi Asiyada zəlzələ və sunami nəticəsində ölənlərin 120 minə çatıb - 2004-12-30


Bazar günü baş vermiş zəlzələ və suniami nəticəsində ölənlərin sayı rekord həddə çataraq 120 min təşkil edir. Beynəlxalq yardım təşkilatlarının rəsmiləri xilasetmə işləri davam etdirildikcə bu rəqəmin artacağı haqda xəbərdarlıq edirlər. İndoneziyanın səhiyyə naziri şimalda Sumatra adasında fəlakət nəticəsində ölənlərin sayının 80 minə çatdığını bildirib. Sumatra adası yaxınlığında baş vermiş zəlzələdən dörd gün sonra hələ də minlərlə insanın itkin düşdüyü xəbər verilir. Xilasetmə qruplarının rəsmiləri bildirirlər ki, sunami İndoneziya, Şri Lanka və Hindistan da daxil olmaqla, ən çox zərər vurduğu ölkələrdə sahildə yerləşən şəhərləri demək olar ki, tamamilə dağıtmışdır. Xilasetmə qrupları bu ölkələrin bəzi yerlərinə indiyə qədər yetişə bilməyiblər. Səhiyyə orqanlarının rəsmiləri sanitariya şəratinin yararsız olması və təmiz suyun olmaması nəticəsində vəba kimi xəstəliklərin yayılma təhlükəsilə bağlı xəbərdarlıq ediblər. Son məlumatlara görə, təbii fəlakət nəticəsində Şri Lankada 24 min, Hindistanda 10 min, Tailandda isə 24 nəfərin həlak olub.

XS
SM
MD
LG