Accessibility links

Türkiyədə yeni lirə dövriyyəyə buraxılır - 2004-12-31


Bu gecə Türkiyə təkcə yeni ili yox, həm də yeni pul vahidinin qəbulunu qeyd edəcək. Sabahdan etibarən ölkənin mərkəzi bankı Yeni Türk Lirəsi adlı pul vahidini dövriyyəyə buraxacaq. Dəyər baxımdan eyni qalacaq yeni türk lirəsi sadəcə olaraq uzun illər inflyasiya nəticəsində əmələ gəlmiş 6 sıfırı ixtisar edəcək. Beləliklə də, məsələn, 1 dollardan az dəyərə malik olan bir milyon Türk lirəsi, bir Türk lirəsinə çevriləcək. Pul vahidini dəyişdirməklə Ankara ictimaiyyətə, iqtisadi bazarlara və xarici investorlara Türkiyə iqtisadiyyatının dirçəldiyi və bu ölkənin Avropa Birliyinə üz tutduğu haqda mesaj göndərmək istəyir.

XS
SM
MD
LG