Accessibility links

Asiyada təbii fəlakət zamanı bir Türkiyə vətəndaşı həlak olub - 2004-12-31


Türkiyənin xarici işlər nazirliyi Asiyada təbii fəlakət nəticəsində bir Türkiyə vətəndaşının həlak olduğunu təsdiqləyib. 44 nəfər Türkiyə vətəndaşınınsa itikin düşdüyü deyilir. Xarici işlər naziri Abdulla Gül faciə qurbanın şəxsiyyətini açıqlamayıb, lakin Türkiyə qəzetlərinə əsasən, bu, toydan sonra səhayətə çıxmış 34 yaşlı qadındır. Onun həyat yoldaşı sağ qalıb. Türkiyə rəsmiləri fəlakət qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, bu il İstambulda Taksim meydanında Yeni il şənliyini təxirə salıblar. Türkiyə Asiyada yardım səylərinə bir milyon 250 min dollar məbləğində vəsait ayırıb.

XS
SM
MD
LG