Accessibility links

ABŞ-da özəl şirkətlər və ayrı-ayrı şəxslər Asiyada faciə qurbanlarına milyonlarla dollar məbləğində ianə verib  - 2004-12-31


Təbii fəlakət nəticəsinə dağıntılar və ölümün dəhşətini göstərən səhnələr korporasiyalar səviyyəsindən tutmuş, adi amerikalılara qədər Asiyada faciə qurbanlarına pul və digər yardım göndərmək aksiyalarının keçirmək istəyini yaratmışdır. Bu məqsədlə telefon xətti, poçt və İnternet xətlərindən istifadə edilir. Onlarla yardım təşkilatı ianələrin İneternet vasitəsilə pul edildiyi haqda məlumat verir. Zəlzələ baş verəndən sonra təkcə Amerikanın Qırmızı Xaç təşkilatının İnternet saytı vasitəsilə 25 mindən çox adamı 20 milyondan artıq pul ianə etmişdir. Maliyyə yardımının İnternetdə toplanması xüsusilə fəlakətdən sonra təşkil olunmuş yardım qrupları üçün ən əlverişli vasitə hesab olunur. İnternetdə ticarət aparan Amazon nöqtə com kimi böyük şirkətlər 53 mindən artıq insanın sunami nəticəsində zərər çəkənlərə verdiyi maliyyə yardımının üç milyon dollar təşkil etdiyini bildirirlər. Böyük korporasiyalar dərhal fəlakət qurbanlarına yardım ayırımşlar. Koka-Kola və Pepesi şirkələti Asiyaya su ilə dolu minlərlə quru göndəriblər. Dərman hazırlayan şirkətlər də mioyonlarla dolla məbləğində yardım ayırıblar. Bəzi şirkətlər regiona tibbi ləvazimat göndərib. Xeyriyyə aksiylarına Holivud da qoşulub. Çin mənşəli aktyor, Holivud ulduzu Ceki Şan BMT-nin Uşaq fondu UNİSEF-in adına 64 min dollardlıq çek yazıb verib. Cənuib-şərqi Asiyada qastrol səfərindən təxəcə qayıtmış rokn-rol qrupu “Linkin Park” 100 min dollar məbləğində ianə edib.

XS
SM
MD
LG