Accessibility links

Corc Buş sunami qurbanlarının xatirəsini yad edir - 2005-01-01


Birləşmiş Ştatlar prezidenti Corc Buş ötən Bazar günü Hind Okeanında zəlzələ də sunami nəticəsində həlak olan insanların xatirəsini yad etmək üçün gələn həftə dövlət binalarında Amerika bayraqlarının endirilməsinə səsləmişdir. Özünün həftəlik radio-müraciətində cənab Buş zəlzələnin törətdiyi faciənin miqyasından dəhşətə gəldiyini söyləmişdir. Birləşmiş Ştatlar hökuməti bu həftə sunami qurbanları üçün ayrılmış maliyyə vəsaitini 350 milyon dollara qədər artırıb. Əlavə edək ki, Prezidentin qardaşı Flordia qubernatoru Ceb Buş və Dövlət Katibi Kolin Pauell insanların ehtiyaclarını müəyyənləşdirmək üçün yaxın zamanda regiona səfər edəcək. Cənubi Karolinadan cavab radio müraciəti ilə çıxış edən Demokrat konqresmən Cım Klayburn isə prezidenti İraqda xidmət edən əsgərlərin təchizatını yaxşılaşdırmağa səsləmişdir. Onun fikrincə Amerika əsgərləri heç zaman ləvazimat sarıdan korluq çəkməməli və mükəmməl kəşfiyyata malik olmalıdır.

XS
SM
MD
LG