Accessibility links

Pakistanda müxalifət etiraz aksiyaları keçirir - 2005-01-01


Pakistan müxalifəti ölkə prezidenti Pervez Müşərrəfin ordu rəhbərliyindən istefa verməkdən imtina etməsinə cavab olaraq bütün ölkə boyu “qara gün” şüarı altında etiraz aksiyaları keçirmişdir. İslamçı alyans və başqa partiyaların üzvləri bu gün bütün iri şəhərlərdə və qəsəbələrdə küçələrə çıxaraq General Müşərrəfi öz əhdinə xilaf çıxmaqda günahlandırmışlar. Xatırladaq ki, iki gün əvvəl özünün televiziya vasitəsilə etdiyi müraciətdə cənab Müşərrəf ölkədə siyasi və iqtisadi sabitliyin qorunması naminə hər iki vəzifəni saxlayacağını bildirmişdi. 1999-cu ildə qansız çevriliş nəticəsində hakimiyyətə gələn general Müşərrəf əlində hakimiyyəti cəmləşdirməklə sağ-dindar təmayüllü qrupları hiddətləndirib.

XS
SM
MD
LG