Accessibility links

Cənubi Asiyada sunami qurbanlarına yardım axışır  - 2005-01-02


Ağır zəlzələ və sunami dalğasının cənubi Asiyaya vurduğu zərbədən bir həftə sonra, fəlakətdən zərər çəkmiş yerlərə yardım axışmağa başlamışdır. Ölənlərin sayı artmaqda davam edir və artıq 127 mini keçib. Hal hazırda dünya ölkələri uzun müddətli yardım və bərpa işləri üzrə planlar hazırlayırlar.

Hazırda baş verən leysan yağışları bir həftə öncə Şri-Lanka və İndoneziyada zəlzələ və sunami nəticəsində evsiz qalmış insanların onsuz da çətin vəziyyətini bir az da ağırlaşdırıb. Bu hal isə yardım-etmə işlərinin aparılmasını da ləngidir. Hava limanlarında toplanan yardımın dünya ilə əlaqəsi kəsilmiş ərazilərə çatdırılmasına başlanıb. ABŞ dəniz qüvvələrinin vertolyotları yolları tamamilə bağlanmış İndoneziyanın Əseh vilayətinin kəndlərinə və Hindistanın Əndəman adasına yardımı havadan atırlar.

Birləşmiş Millətlər Təşkilatı bildirir ki, İndoneziyada 1 milyon, Hindistanda isə 700 mindən artıq insanın bir neçə İndoneziya prezidenti Susilo Bambanq Yudhoino zərərçəkmiş ərazilərə yardım göstərilməsi barədə yenidən müraciətlə çıxış etmişdir.

Hesablamalara görə 11 ölkədə ölənlərin ümumi sayı 150 min nəfərə çata bilər. 5 milyon insanın isə evsiz qalması təxmin olunur. Rəsmilər xəbərdarlıq edirlər ki, regionda itkin düşmüş yüz minlərlə insandan kiminsə sağ galmasına ümid azdır.

Əsehdə salamat qurtulmuş insanların nə yaşamağa yerləri, nə də ərzaqları var. Vilayətin paytaxtı Banda Əsehdə sel suları axıb getdikdən sonra yeni meyitlər aşkar edilir.

BMT-nin Uşaqlar Fondunun nümayəndəsi Şanta Blomen deyir ki, yeni insan itkilərinə gətirə biləcək xəstəliklərin qarşısını almaq üçün təcili olaraq içməli su və ərzaq tələb olunur.

XS
SM
MD
LG