Accessibility links

ABŞ dövlət katibi Tailanddadır - 2005-01-04


Birləşmiş Ştatlar dekabrın 26-ı 12 ölkədə 145 000-dən artıq insanın ölümünə səbəb olan sunamidən sonra Asiyada bərpa işlərinə yardım edəcəyinə vəd verib. Birləşmiş Ştatarın dövlət katibi Kolib Pauel bu gün Bangkokda Amerikanın zəlzələ və sunami qurbanlarına yardım vədinə tam şəkildə əməl edəcəyini bildirib. Tailandın baş naziri Taksin Şinavatra ilə keçirdiyi görüşü zamanı cənab Pauel yenidənqurma məsələsini müzakirə edib.“Biz regiondakı ölkələrə lazimi dəstək göstərilməsi üçün əlimizdən gələni edəcəyik”-deyə Kolin Pauel bildirib.Liderlər gələcəkdə sunami fəlakəti barədə xəbərdarlıq sistemi yaradılması məsələsini də müzakirə ediblər. ABŞ dövlət katibi Taialandın təbii fəlakətin ən böyük təsirinə məruz qalan qalan kurort adasında olub. Tailand 350 milyon dollar yardım vəd edən ABŞ-ın dövlət katibinin ilk dayanacağıdır. Kolin Pauel çümə axşamı günü Cakartada keçiriləcək bir günlük fəlakət konfransında iştirak etməldiir. Bu gün də fəlakətdən ziyan çəkənlərə ərzaq, su və digər ləvazimat çatdırılmaqdadır. Hazırda xəstəliklərin qarşısının alınması səyləri həyata keçirilir. Ümumdünya Ərzaq Təşkilatı İndoneziyanın viran olmuş Açe kimi bölgələrinə ərzaq göndərilməsində nailiyyət əldə edildiyini bildirir. Şri-Lanka əhalisinin 750 000-ə həftə sonunadək 5000 ton ərzaq çatdırılmalıdır.

XS
SM
MD
LG