Accessibility links

Respublikaçı konqresmenlər etik davranış qaydalarını dəyişməyəcəklər - 2005-01-04


Birləşmiş Ştatlar nümayəndələr palatasının Respublikaçı üzvləri etik davranışa aid qaydalarda yumşaltma haqda təklifləri geri götürüblər. Təklif edilən dəyişikliklərə əsasən etikadan kənar davranan konqresmenləri cəzalandırmaq daha da çətinləşərdi, və hətta məhkəmədə rəsmi ittihamla üzləşən adama öz vəzifəsini saxlamağa imkan verərdi. Bu dəyişikliklər xüsusilə palatanın respublikaçı çoxluğuna rəhbərlik edən Tom Dileyi qorumağa xidmət edirdi. Belə ki, ona qarşı Texasda kampaniya maliyyələşdirilməsi ilə bağlı ittiham irəli sürülə bilər. Rəsmilərin dediyinə görə cənab Dileyin özü Demokratların bundan sui-istifadə edəcəyini əsas gətirərək Respublikaçı həmkarlarını həmin təklifi geri götürməyə səsləyib.

XS
SM
MD
LG