Accessibility links

ABŞ-ın Dövlət katibi sunamidən zərər çəkən Açe bölgəsinə gedib  - 2005-01-05


Birləşmiş Ştatların Dövlət Katibi Kolin Pauel dekabrın 26-da sunamidən zərər çəkən İndoneziyanın Açe bölgəsinə gedib. Dövlət Katibi Kolin Pauel bu gün təyyarə ilə Banda Açeyə səfər etdikdən sonra müxbirlərə deyib ki, belə bir dağıntını həyatında görməyib. O deyib: ”Mən vəzifə başında olandan bəri çox şeylər görmüşəm. Müharibədə olmuşam. Qasırğa və digər fəlakətlərin vurduğu zərəri müəyyənləşdirən yardım heyətlərinin üzvü olmuşam. Lakin belə bir dağıntını heç bir vaxt görməmişəm.“ Hind Okeanının onlarla ölkəsində baş verən 9 bal gücündəki dağıdıçı zəlzələ və sunami nəticəsində 150 mindən çox insan həlak olub. Ölənlərin üçdə ikisi Açenin payına düşür. Dünya ölkələri zərərçəkən ölkələrə 2 milyard dollardan çox yardım etməyə söz veriblər. Bu məbləğin 350 milyon dollarını Birləşmiş Ştatlar ödəyəcək. Hazırkı anda Birləşmiş Ştatların 13 mindən çox əsgəri zərərçəkənlərə yardım göstərir. Amerikanın 14 gəmisi məntəqəyə içməli su, tibbi ləvazımat və inşaat materialları aparır. Dövlət Katibi Kolin Pauel deyib ki, Birləşmiş Ştatlar zərərçəkən ölkələrə yardım məqsədilə məntəqədəki vertolyutların sayını artıracaq.

XS
SM
MD
LG