Accessibility links

İraq jurnalistlərin fəaliyyəti üçün ən qorxulu ölkə sayılıb - 2005-01-05


Sərhədsiz Jurnalistlər Təşkilatı bu gün nəşr edilən hesabatında bildirilib ki, 2003-cü ildə olduğu kimi, 2004-cü ildə də jurnalistlərin fəaliyyəti üçün ən qorxulu ölkə İraqdır. Hesabatda qeyd edilib ki, 2004-cü ildə 19 jurnalist və 12 mətbuat işçisi həlak olub. Onların çoxu yaraqlı və terrorçuların atəşi nəticəsində həlak olub. Hesabatda 4 ərəb jurnalistinin qətlinə görə Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələri təqsirləndirilir. 2003-cü ildə 12 jurnalist qətlə yetirilmiş, 2-si itgin düşmüşdü. Keçən il 53 jurnalist öldürülmüşdü. Bu, 1995-ci ildən bəri ən çox saydır.

XS
SM
MD
LG