Accessibility links

Bərğutini polis yenidən saxlayıb - 2005-01-07


İsrail polisi tərəfindən qısa müddətə saxlanılan Fələstin prezidentliyinə namizəd Mustafa Bərğuti cümə namazında işptirak etmək üçün Şərqi Qüdsə yola düşüb. Şahidlərin dediyinə görə, İsrail polisi Əl-Əqsa məscidinə girərkən Bərğutini itələyib maşına mindirmişdir. Qeyd edək ki, bu, Bərğutunun seçkiqabağı kampaniyası zamanı ikinci saxlanışıdır. İsrail Qüdsdə kampaniyalara məhdud şəkildə icazə verir. Fələstinin Azadlıq Təşkilatının lideri Mahmud Abbas Qüdsdəki kampaniyalarını ləğv edib. Onun seçki kampaniyasının üzvləri İsrailin təhlükəszlik ölçülərini utandırıcı addım kimi qiymətləndirirlər.

XS
SM
MD
LG