Accessibility links

İnquşetiyada rus hərbi qüvvələri ilə militantlar arasında atışma olub - 2005-01-08


Rusiya rəsmiləri bildirirlər ki, həmin ölkənin təhlükəsizlik qüvvələri cənubi İnquşetiya respublikasında atışmalar zamanı 4 militantı qətlə yetiriblər. Hökumət nümayəndələrinin bildirdiyinə görə bu döyüşlər rus əsgərlərinin paytaxt Nazran şəhərində apardıqları yoxlama əməliyyatı zamanı baş verib. Öldürülən inquşlardan ikisinin ötən iyun ayında Nazranda 90 adamın ölümünə səbəb olmuş hücumlarda iştirak etdikləri güman edilir. İnquşetiya separatçı qüvvələrin rus əsgərlərinə qarşı qanlı mübarizə apardıqları Çeçenistan respublikası ilə sərhəddə yerləşir.

XS
SM
MD
LG