Accessibility links

Senator Con Kerri rəsmi səfərlə Suriyadadır  - 2005-01-08


Birləşmiş Ştatların demokrat senatoru və prezidentliyə namizəd Con Kerri Yaxın Şərqdə təhlükəsizliyin və sabitliyin təmin edilməsi sahəsində danışıqlar məqsədi ilə dünən Suriyaya gəlib. Senator Kerri Dəməşqdə Suriya prezidenti ilə görüşüb. Eləcə də o, bu gün Suriyanın xarici işlər naziri Fərrux əl-Şaraa ilə söhbət edib. Görüşlərin əsas mövzusu İraqda vəziyyət, terrorizmə qarşı mübarızə və Birləşmiş Ştatlarla Suriya arasındakı münasibətlərdir. Cənab Kerrinin bu ölkəyə səfəri Buş administrasiyasının Syriyanı İraq üsyançılarına kömək etməkdə təqsirləndirməsi və Suriyaya qarşı yeni sanksiyqaların tətbiq ediləcəyi haqda bəyanatların ardınca baş verir.

XS
SM
MD
LG