Accessibility links

Sudana sülh gəlir - 2005-01-09


Sudan hökuməti və ölkənin cənubundakı üsyançılar bu gün rəsmi sülh müqaviləsi bağlayaraq Afrika qitəsinin ən uzun sürən münaqişəsinə son qoyublar. Sudanın vitse prezidenti Əl Osman Məhəmməd Taha və üsyançıların lideri Con Qaranq Kenyanın paytaxtı Nairobidə keçirilən mərasimdə 21 illik vuruşmalara son qoyacaqlarını vəd ediblər. Cənab Pauell deyib ki, Sudanın gələcəyi və onun Birləşmiş Ştatlarla münasibətləri bütün ölkəboyu sülhün əldə edilməsindən asılıdır. Bu günün sülh sazişi hakimiyyətin və neft sərvətlərinin bölüşdürülməsini əhatə edir və hər iki tərəfi koalisyon hökumət yaratmağa səsləyir. Razılıq həmçinin imzalandıqdan 6 il sonra cənublulara müstəqillik üzərində referendum keçirmək hüququ verir. Xatırladaq ki, davam edən müharibə nəticəsində 2 milyon Sudanlı ölüb ki, bunların da əksəriyyətini cənublu üsyançılar təşkil edir.

XS
SM
MD
LG