Accessibility links

Iran nüvə silahı istehsal etmədiyini sübuta yetirməyə çalışır - 2005-01-09


Tehranın gizli şəkildə nüvə silahları istehsal etmədiyini sübut etmək üçün İran BMT-nin nüvə ekspertlərinə hərbi obyekdən nümunə götürmələrinə icazə verəcəyini bildirib. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hamid Rza Asefi bu gün müxbirlərlə söhbəti zamanı nümunələrin obyektin daxilindən deyil, “yaşıl zona” adlanan sahəsindən götürüləcəyini deyib. Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Məhəmməd Əl- Baradeyi bildirib ki, İran keçən həftə Tehran yaxınlığındakı Parçin obyektində yoxlanış aparılmasına icazə verib və nüvə silahları üzrə müfəttişlər yaxın günlərdə obyektdə olacaqlar.

XS
SM
MD
LG