Accessibility links

Viktor Yanukoviç seçki nəticələrilə razı deyil - 2005-01-11


Ukraynanın keçmiş baş naziri Viktor Yanukoviç prezident seçkilərində rəqibi olmuş Viktor Yueşnko rəsmən prezident seçildiyi barədə məlumat verildikdən sonra, şecki nəticələrinə etiraz yenə də şikayət edəcəyini bildirib. Ukraynanın Mərkəzi Seçki komissiyası müxalifətin namizədi Viktor Yuşennkonun səslərin 52- faizini aldığını bildirərək, onun prezident seçildiyini rəsmən elan edib. Seçki komissiyası keçmiş baş nazir Viktor Yanukoviçin səslərin 44 fazini aldığını bildirib. Viktor Yanukoviç təkrar seçkilərdə saxtakarlıqların olduğu barədə Ukrayna Ali məhkəməsinə və Ukraynanın Mərkəzi Seçki komnisiyasına yenidən şikayət edəcəyini bildirib. Ali Məhkəmə və Mərkəzi Seçki Komissiyası onun bundan əvvəlki şikayətlərini rədd etmişdi. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ATƏT-in rəsmiləri təkrar seçkilərdə Yuşşenkonun qələbə çaldığına təminat veriirlər.

XS
SM
MD
LG