Accessibility links

Avropa Birliyi İranla danışıqları bərpa edib - 2005-01-12


Avropa Birliyi İranla ticarət üzrə danışıqları yenidən bərpa edib. Bu danışıqlar 18 ay bundan öncə İranın nüvə proqramı ilə bağlı doğan narahatçılıqlara görə dayandırılmışdı. Diplomatların dediyinə görə hansısa bir razılığın əldə edilməsi hələ bir neçə ay vaxt aparacaq. Avropa Birliyi rəsmisi Benita Ferrero-Valdnerin dediyinə görə Brüsseldə keçiriəcək danışıqlar Avropanın İranla əməkdaşlığa can atmasının göstəricisidir. Rəsmilər əlavə ediblər ki, İranda insan hüquqları və kütləvi qırğın silahları mövzusunda danışıqlar cümə axşamı start götürəcək.

XS
SM
MD
LG