Accessibility links

İraqda qeyri-qanuni silahların axtarışı dayandırıldı - 2005-01-12


Buş administrasiyası İraqda bioloji, kimyəvi və nüvə silahlarının axtarışının dayandırıldığını təsdiq edib. Ağ Ev nümayəndəsi Skot Makklelan bu gün bildirib ki, İraqın qeyri-qanuni silahları ilə bağlı kəşfiyyat məlumatları səhvdir. Xatırladaq ki, prezident Buş İraq müharibəsinə məhz bu məsələni səbəb göstərmişdi. Ağ Evin sözçüsü deyib ki, prezident Buş müharəbədən əvvəlki kəşfiyyat məlumatlarının araşdırılması üçün xüsusi komissiya təyin edib. O, Səddam Hüseynin həm qeyri-qanuni silahları əldə etmək niyyəti, həm də buna imkanı olduğuna inanıldığını bildirib.

XS
SM
MD
LG