Accessibility links

İndoneziyanın Açeh vilayətinə yardımlar başlayıb - 2005-01-12


Cənubi Asiyada baş vermiş zəlzələ və sunamidən iki həftə sonra külli miqdarda yardım İndonaziyanın Açeh vilayətində təcrid olunmuş icmalara axışmağa başlayıb. Banda Açehnin bir uçuş xətti olan aeroprotu bu günlər çox məşğuldur. Vaxtikən gün ərzində 3 üçüşa nəzarət edən aeroportda indi nəhəng ərzaq və yardım yükləri daşıyan nəqliyyat təyyarələri yerə enir. Rəsmilərin dediyinə görə bu aeroport indi gündəlik 200 uçuşa nəzarət edir. Yardımın əksəriyyəti yük maşınları vasitəsilə kənar ərazilərə paylanmaqdan ötrü paytaxt şəhərə aparılır. Amma Meulaboh kimi bəzi yerlərdə yollar bərbad vəziyyətə düşdüyündən həmin ərazilərdə yaşayan insanlar təcrid olunublar. Sahildən 100 kilometr qərbdə yerləşən bu şəhərə gündə Amerika hərbi vertoloyotları 200 dəfə gələrək 120 ton yardım ləvazimatları daşıyırlar. Yardım əməliyyatlarına rəhbərlik edən leytenant Con Bernardın dediyinə görə həftələrlə davam edən yağışa baxmayaraq əməliyyat oz qaydasında gedir.

XS
SM
MD
LG