Accessibility links

Titandan məlumat ötürülməkdədir - 2005-01-14


Avropanın fəza agentliyinin bildirdiyinə görə, Haygens fəza aparatı Saturnun ayı Titana enib. Amerika, İtaliya və Avropanın fəza agentliklərinin bu gün həyata keçirdiyi birgə əməliyyatın nəticəsi olaraq Titandan məlumat bazası əldə edilməkdədir. Bu aparat Titanın atmosferinin tərkib hissəsinin araşdırılmasına yardım edir. Avropa fəza alimləri məlumat ötürülməsinin bir neçə saat davam edəcəyini bildirirlər. belə ki, aparatdan yerə çatdırılan hər bir siqnal bir saat vaxt aparır.

XS
SM
MD
LG