Accessibility links

V.Yanukoviç Ali Məhkəməyə müraciət etdi - 2005-01-14


Ukraynanın sabiq baş naziri Viktor Yanukoviç dekabr ayının 26-ı rəqibi, müxalifət namizədi Viktor Yuşenkonun qələbəsi ilə nəticələnən təkrar prezident seçkilərin ilə bağlı Ali Məhkəməyə yenə də müraciət edib. Viktor Yanukoviçin vəkili Nestor Şaffriç bu gün səhər 600 səhifədən ibarət sənədləri məhkəməyə təqdim edib. Seçkilərin ilkin turunda əldə etdiyi qələbəsi kütləvi saxtakarlıqlar ittihamı ilə Ali Məhkəmə tərəfindən ləğv edilən cənab Yanukoviç ikinci səsvermə zamanı da kütləvi ganun pozuntularına yol verildiyini bildirərək, onun yenidən keçirilməsini tələb edir. Ali məhkəmənin şikayətə baxıb, hökm çıxarmasına cəmi beş gün möhləti var. məhkəmə indiyədək cənab Yanukoviçin ən azı 12 müraciətini rədd edib. Lakin o, məğlubiyyətini heç cür qəbul etmək istəmir. Ali məhkəmənin hökmündən sonra parlament prezidentin inagurasiya gününü müəyyən edəcək.

XS
SM
MD
LG