Accessibility links

Moqtada Əl Sədr tərəfdarları nümayişlər keçirir - 2005-01-15


İraqın əsasən siələr yaşayan Bəsra, Amarah və Kut səhərlərində elektrik enerjisinin və qazın olmadığına görə radikal şiə ruhanisi Moqtada əl Sədrin yüzlərlə tərəfdarı bu gün hökumət binaları qarşısına toplaşmışlar. Bağdadda Yaşıl zonanın yaxınlığına atılan üç minomyot atəşindən yanğın baş vermişdir. Dağıntı və yaralananlar barədə məlumat verilmir. İraqın Daxili İşlər Nazirliyinin isə verdiyi məlumatında deyilir ki, Səddam Hüseyn tərəfdarları tərəfindən təlim almış bir qadın Suriyada İraqın müvəqqəti müdafiə nazirinə qarşı sui-qəsd həyata keçirmək istəyib. Əl Həyat qəzeti yazır ki, həmin qadın Hazem əl Şaallaya atəş açmazdan əvvəl huşunu itirmiş və sui-qəsd həyata keçirilməmişdir.

XS
SM
MD
LG