Accessibility links

Fələstinin yeni prezidentinin andiçmə mərasimi olub - 2005-01-15


Fələstin Muxtar İdarəsinin yeni prezidenti Mahmud Abbasın bu gün Ramallah şəhərində andiçmə mərasimi olub. Cənab Mahmud Abbas İsarail ilə Fələstin arasında yeni bir böhran vaxtı tərəfdarları ilə dolu olan zalda and içib. Cümə günü İsrail Fələstin Muxtar İdarəsilə bütün rabitələrini kəsərək Qəzzə Zolağını əhatəyə alıb. İsrail cümə axşamı naməlum silahlı şəxslərin Qəzzə Zolağının mərkəzi keçid məntəqəsinə edilən və 6 mülki vətəndaşın həlakı, 5 nəfərin isə yaralanması ilə nəticələnən hücumdan bir gün sonra bu tədbirə əl atıb. İsrail bildirib ki, cənab Mahmud Abbas yaraqlıların və terrorçuların qarşısını almayınca onunla danışıqlara getməyəcək. Bu gün Qəzzə zolağında yenidən zorakılıqlar başlayıb və İsrail əsgərlərinin atəşi nəticəsində 6 fələstinli qətlə yetirilib. Cənab Abbas andiçmə mərasimində İsraili yeni danışıqlara və atəşkəsə çağıraraq Müqəddəs Torpaqda davam edən zolakılıqlara son qoyacağına söz verib. O, deyib ki, İsrailə sülh əlini uzadır. Lakin o bildirib ki, yaraqlılara qarşı hərbi qüvvədən istifadə etməyəcək. Onlarla yalnız diplomatik yollarla və dialoq qurmaqla məsələləri həll etməyə çalışacaq.

XS
SM
MD
LG