Accessibility links

Israil baş naziri Ariel Şaron Qəzza zolağında hərbi əməliyyatları dayandırıb - 2005-01-16


Baş Nazir Ariel Şaron İsrail hərbi qüvvələrinə Fələstin militantlarına qarşı həyata keçirdikləri əməliyyatı dayandırmaq haqda əmr verib. Cənab Şaronun bu əmri Fələstin Muxtar idarəsinin yeni prezidenti Mahmud Abbasın andiçmə mərasimindən sonraya təsadüf edir. Ariel Şaron kabinetinin yığıncağında deyib ki, İsrail ordusu Qəzzə zolağındakı əməliyyatını məhdud çərçivədə dayandıra bilər. O, prezident Abbası yaraqlı qrupların qarşısını almağa çağırıb. Kecən cümə axşamı bir intiharçının hücumu nəticəsində 6 Yəhudi vətəndaş həlak olduqdan sonra, İsrail Fələstin Muxtar idarəsilə olan bütün rabitələrini kəsmişdi. Dünən İsrail əsgərləri yaraqlılara qarşı həyata keçirdikləri əməliyyatda 8 fələstinlini öldürüblər. Cənab Abbas hər iki tərəfin zorakılıq hərəkətlərini pisləyib Ariel Şaronun yüsək vəzifəli yardımçısı Amerikanın səsinə verdiyi müsahibəsində deyib ki, Fələstin yaraqlılarının İsrail vətəndaşlarına qarşı hücumları dayandırıldığı təqdirdə, İsrail də Fələstinlilərlə danışıqlara daxil ola bilər. Fələstinin Xarici İşlər Naziri Nabil Şaas deyir ki, çərşənbə günü cənab Abbas Qəzzə zolağının yaraqlı qruplarının liderlərilə görüşəcək və onları atəşkəsə razılıq verməyə çağıracaq.

XS
SM
MD
LG