Accessibility links

Misir Prezidenti Mübarək İsrail hökumətini sülh danışıqlarına çağırıb - 2005-01-16


Misir prezidenti Hüsni Mübarək deyir ki, İsrail hökuməti Fələstin militatnlarının zorakılıq əməllərinə reaksiya verərək, sülh danışıqlarından geri çəkilməməlidir. O, bu bəyanatı Çili prezidenti Ricardo Lagosla birgə keçirdiyi mətbuat konfransında verib. Cənab Mübarəkin fikrincə təcrübələr göstərir ki, sülh prossesinə başlamaq üçün zorakılıq hərəkətlərin dayandırılmasını tələb etmək mənasızdır. Xatırladaq ki, cənab Şaron ötən cümə axşamı İsrailə edilən terrorçu hücumundan sonra, Fələstin prezidenti Mahmud Abbasla rabitələrini kəsib. Misir rəsmiləri İsraili Fələsin rəhbərliyinə yaraqlıları nəzarət altına almaq üçün möhlət verməyə çağırıblar.

XS
SM
MD
LG