Accessibility links

Ukraynadakı narıncı inqilabın anatomiyası - 2005-01-17


Bu gün Ukrayna Ali məhkəməsi prezident seçkilərini uduzmuş sabiq baş nazir Viktor Yanukoviçin son şikayət ərizəsi ilə bağlı dinləmələrə başlayıb. Cənab Yanukoviçin düşərgəsi məhkəmə işinə 3 İsveçrəli hüquqşünas cəlb edib. Halbuki Hyuston Kronkl qəzetinin yazdığına görə son anda külli miqdarda pul bahasına muzd tutlmuş bu vəkillərin heç birində Ukrayan qanunları haqqında dolğun təsəvvür yoxdur. Hətta onların tərcüməçiləri belə məhkəmədə prosedurlarını rəsmi dil olan Ukrain dilində yox, rus dilində tərcümə edirlər. Seçkilərdə böyük səs fərqi ilə qalib gəlmiş Viktor Yuşçenkonun tərəfdarları isə hesab edirlər ki, Yanukoviç sadəcə olaraq rəqibinin inaqurasiyasını gecikdirməyə çalışır.

Həqiqətən də indiki məqamda bütün imtiyaz və qüvvələrini itirmiş Yanukoviç üçün xalqın səs verdiyi Viktor Yuşçenkonun prezidentlik kürsüsüsnə gedən yolunun qarşısını almaq həddindən artıq çətinləşib. Amma lap son vaxtlaradək Ukraynada vəziyyət tamam başqa idi və bir çoxları gözləyirdi ki, Ukraynadakı seçkilər Belarus və ya Azərbaycandakı seçkilərin yolu ilə gedəcək. Bəs bu, niyə belə olmadı? Niyə Ukraynda demokratiya qalib gəldi?

Bu günkü Nyu York Taymzın bir məqaləsində Narıncı İnqilabın anatomiyası indiyədək çoxlarına məlum olmayan faktlar üzərində ətraflı təhlil edilib. C. J, Çiverzin hazırladığı bu informativ məqalədə göstərirlir ki, Ukraynada demokrtiyanın qalib gələməsində Qərbin dəstəyi, nümayişçilərin cəsarəti, varlı Ukraynalıların səxavəti ilə yanaşı həmin ölkədəki güc strukturlarının, ələlxüsus da Ukrayan kəşfiyyatçılarının böyük rolu olub. Müəllifin yazdığına görə pərdə arxasında işləyən Ukrayna kəşfiyyatçıları arasında demokratik müxalifətə rəğbət göestərən qüvvələr həlledici məqamlarda Kiyevdəki nümayişlərin qan içində boğulmasının qarşısını almışlar. Burada xüsusilə vaxtikən Amerikada və İsveçrədəki səfirliklərdə attaşe vəzifəsində çalışmış General Polkovnik İhor Smeşkonun fəaliyyəti qeyd olunur.

Seçkilərin ikinci turundan az sonra Ukrainskya Pravda qəzetində Yanukoviç seçki kampaniyasının rəhbəri ilə Mərkəzi Seçki Komissiyası nümayəndəsinin söhbətinin gizlincə audiolenta yazılmış mətni çap olundu. Həmin transkrişptdə Yanukovçin nümayəndəsi nəticələrin onlar üçün mənfi olduğunu bildirərək açıq şəkildə səslərin üstünə əlavə 3 faiz qoymağı seçki komissiyası ilə razılaşdırır. Məsələ ondadır ki, pərdə arxasında Yanukoviçin saxtakarlıqlarını torpedolayan Ukrayna Xüsusi Xidmət İdarəsi bütün ötən müddət ərzində Yuşçenko düşərgəsinə qiymətli məlumatlar ötürməklə məşğul idi. Amma General İhor Smeşkonun cəsarəti təkcə pərdə arxasına yox, açıqda da özünü göstərirdi. Nyu York Taymz bu yerdə diqqəti Noyabrın 27-si Kuçmanın iqamətgahında keçirilən görüşə yetirir:

Aparıcı dövlət nümayəndələrinin qatıldığı görüşdə maraqlı bir insident baş verir. Kiyevin Müstəqillik meydanında nümayiş keçirən insanlara qarşı cənab Kuçmanın zor işlətməməsindən əsəbiləşən Yanukoviç Kuçmanın üstünə çımxıraraq onu xəyanətdə günahlandırır. Və sonra Yanukoviç qarşıya aşağıdakı tələləri qoyur: dərhal inqurasiya keçirməli, fövqəladə vəziyyət elan etməli və şəhərin küçələrini nümayişçilərdən təmizləməlidir. Bu yerdə Yanukoviçin sözünü kəsən Kuçma dillənir: S “Vİktor Fyodoroviç siz son vaxtlar çox cəsurlaşmısınız ki, mənimlə bu tonda danışırsınız. Yaxşı olardı ki, siz bu cəsarəti Müstəqillik meydanında nümayiş etdirəsiniz.” Sonra söhbətə müdaxilə edən General Smeşko baş nazirə xəbərdarlıq edir ki, Ukrayna silahlı qüvvələri əmr verilsə belə xalqa atəş açmayacaqlar və Yanukoviçdən soruşur: S”Viktor Fyodoroviç siz bu əmri yazılı şəkildə verməyə hazırsınızmı?” Yanukoviçin susduğunu görən Smeshko dillnir: Bax elə bu sükutla da siz mənim sualıma cavab verdiniz. Gəlin burada cəfəng danşmayaq. Xalqa qarşı zora əl astaq olmaz.”SS Bu söhbətdən bir gün sonra Milli Təhlükəsizlik və Müdafiə Şurası belə qərara gəlir ki, Ukraynadakı böhran yalnız və yalnız sülh yolu ilə həll edilməlidir. Amma bu hələ işin sonu deyildi. Kiyevdəki nümayişləri dağıtmaq istəyən Yanukoviç son ana qədər fəallıq göstərirdi. Daxili qoşunlara rəhbərlik edən və köhnə kommunistlərdən olan General Sergey Popkov şəhərdə komendant saatı tətbiq etməyə və nümayişçiləri daxili qoşunlarla dağıtmağa çalışanda onun qarşısını kəşfiyyatçılarla yaxın əlaqəsi olan müdafiə nazirliyinin generalları aldı. Kiyevdə toplaşmış insanlara hücum ərəfəsində polis nazirliyinə zəng edən general Oleksandr Petriuk aydın etdi ki, əgər Daxili Qoşunlar Kiyevə daxil olsalar onlar təkcə nümayişçilərlə yox, həm də ordu ilə vuruşmalı olacaqlar. Bu xəbərdarlıqdan sonra General Popkov geri çəkildi və Ukrayna demokratları üçün hakimiyyətə gedən yol tamamilə açıqlandı.

Viktor Yuşçenkonun yaxın tərəfdarı Yuliya Timoşenko özü bu taleyüklü hadisələrin şahidi olub. Onun sözlərinə görə 2003-cü ildə Gürcüstanda baş vermiş məxməriinqilabdan sonra o, həmin ölkədə korrupsioner hakimiyyətə müqavimət göstərməyə hazır olan zabitlərə qibtə edirdi. “Mən həmişə düşünürdüm ki, bizim bütün generallarımız Kuçmaya sadiq və praqmatikdirlər. Amma birdən birə mən yeni kəşf etdim. Sən demə bizdə də xalqın tərəfində dayanan generallar varmış.” deyə xanım Timoşenko öz hisslərini ifadə etdi.

XS
SM
MD
LG