Accessibility links

Kolin Pauel vida çıxışını edib - 2005-01-19


Birləşmiş Ştatların dövlət katibi Kolin Pauel bu gün Dövlət Departamentində vida çıxışı zamanı həmkarlarına Amerikanın xarici siyasətindəki rollarına görə təşəkkürünü bildirib. Cənab Pauel Dövlət Departamentində göstərdiyi xidmətə görə məmnun olduğunu bildirib və onun işlədiyi vaxt həmişə yaxşı xatriələrlə yad edəcəyini deyib. Kolin Pauel deyib ki, onun həmkarları Dövlət Deparatamentinin xüsusilə 2002-ci il sentyabrın 11-i terror aksiyalarından sonra başladılan terrorizmlə mübarizədəki uğurları ilə fəxr etməlidir. Dövlət katibi Cənubi Asiya, yaxın Şərq və Amerikanın dünyadakı yardım əmliyyatları sahəsində ABŞ-ın Rusiya və Çinlə əməkdaşlığını yüksək qiymətləndirib.

XS
SM
MD
LG