Accessibility links

İran prezidentinin Afrika ölkələrinə səfəri davam edir - 2005-01-19


İran prezidenti Məhəmməd Xatəmi Zimbabveni yoxsul bir ölkədən reqionun lider ölkəsinə çevirilməsini alqışlayıb. O deyib ki, Zimbabve inkişaf etməkdə olan digər ölkələrin tərəqqisinə yardım edə bilər. Cənab Xatəmi üç günlük səfəri zamanı ölkəsilə Zimbabve arasındakı əməkdaşlıq haqqında 10 müqavilə imzalayıb. Prezident Xatəmi Zimbabvedən Uqandaya gedib. Beləliklə o, 7 Afrika ölkəsinə səfərini başa çatdıracaq. Prezident Muqabe İrana Zimbabve hökuməti tərəfindən mübahisəli torpaq sahələrinin tutulmasını dəstəklədiyinə görə minnətdarlığını bildirib. Qərb ölkələri Zimbabvenin bu hərəkətini kəskin tənqid edirlər.

XS
SM
MD
LG