Accessibility links

NATO İranla bağlı ortaq bir strategiya qəbul edilməsinə çağırır - 2005-01-21


NATO-nun baş katibi Jaap de Hup Şeffer bildirib ki, Avropa və Birləşmiş Ştatlar İranın nüvə silahları istehsal etmədiyindən əmin olmalıdırlar. Bu gün Brüsseldə müxbirlərlə görüşü zamanı cənab Şeffer deyib ki, Avropa və ABŞ İranla bağlı ortaq bir strategiya əldə etməlidir. Xatırladaq ki, keçən il Fransa, Britaniya və Almaniya İranın uranın zənginləşdirilməsi proqramının dayandırılması ilə bağlı razılığın əldə edilməsinə nail olmuşdu. Birləşmiş Ştatlar məsələ ilə bağlı kəskin mövqedən çıxış edərək, BMT-nin Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyalar irəli sürülə biləcəyinə dair xəbərdarlıq verir.

XS
SM
MD
LG