Accessibility links

Rusiya şəhərlərində etiraz aksiyaları davam edir - 2005-01-22


Minlərlə rus təqaüdçüsü Moskvada və Rusiyanın başqa şəhərlərində keçirdikləri etiraz aksiyalarını bu gün davam etdiriblər. Onlar Sovet dövrünə məxsus olan sosial imtiyazların nəğd pul ödənişi ilə əvəzlənməsinə etiraz edirlər. Bu gün Moskva vağzalında toplaşan 2000 adam əllərində kommunist bayraqları və Putinin isteafsını tələb edən şüarlar tutmuşlar. Bu cür nümayişlər həmçinin Samara, Ufa və Krasnoyarsk şəhərlərində keçirilmişdir. Cümə günü Rusiya maliyyə naziri Aleksey Kudrin parlamentin aşağı palatasına bildirib ki, hökumət islahatları hazırlayarkən səhvə yol verib. Bu dəyişikliklər nəticəsində təqüdçülərin ictimai nəqliyyat və tibb xidmətində pulsuz xidmət göstərilməsi ləğv edilib. Nümayişçilər bu xidmətlərin əvəzində paylanan pul kompensasiyasının kifayət olmadığını deyirlər.

XS
SM
MD
LG