Accessibility links

Əl-Qaidə üzvləri ABŞ-a təhvil verilir - 2005-01-25


Pakistan Əl-Qaidə terror qrupunun üzvləri olduğundan şübhələnilənləri Birləşmiş Ştatlara təhivl verməkdə davam edir. Pakistan bu dəfə Əl-Qaidənin Əhməd Xəlfan Gailani adlı şəxsi Amerikanın nəzarətinə verib. Tanzaniyalı bu şəxsin 1998-ci il Amerikanın Şərqi Afrika ölkələrindəki səfirliklərinə qarşı hücumlarda əli olduğundan şübhələnilir. Pakistanın Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, Amerikanın həmin bu şəxsin ələ keçirilməsinə 5 milyon dollar vədindən əvvəl belə Pakistan Gailanini artıq Amerikaya təhvil verməyi planlaşdırmışdı. Qeyd edək ki, Pakistan və ABŞ arasında əlaqələr son illər terrorizmə qarşı mübarizədəki əməkdaşlıqlarına görə yaxınlaşmışdır. Pakistan hökuməti terrorizmlə mübarizənin onun maraqlarına uyğun olduğunu bildirsə də, bir çoxları bu sahədə Pakistanın hərbi əməliyyatlarının Amerikanın təzyiqləri altında həyata keçirildiyinə inanır. Son üç ildə Pakistan hökuməti tərəfindən 500-dən artıq şübhəli ələ keçirilib.

XS
SM
MD
LG